06/02/2018
22:42
6145
| A A A
Millimiz Portuqaliya ilə oyunda darmadağın olundu

Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsinin oyunları keçirilir.Bu gün Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda mübarizədə Portuqaliya ilə qarşılaşıb. Goal.az xəbər verir ki, hesabı millimiz açsa da, pireneylilər 8 qol vurmaqla yarımfinala vəsiqəni təmin edib.

Avropa çempionatı

1/4 final mərhələsi

6 fevral

21:00 Portuqaliya – Azərbaycan - 8:1

Qollar: Pedro Kari, 2.05, 5.43; Pani Varela, 9.40; Rikardinyo, 10.31, 19.32, 25.31, 31.15; Bruno Koelyo, 24.09 - Everton Kardoso, 0.54

Hakimlər: Andrey Çerni (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çetin (Türkiyə)

Lyublyana. “Arena Stozice”