14/07/2018
18:38
1309
| A A A
Azərbaycan Vin Çun Federasiyasının açılışında dünya və Avropa çempionları iştirak edib

İyulun 13-də Bakı Biznes Universitetində Ving Çun Döyüş Sənəti Federasiyasının fəaliyyətə başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib. Goal.az xəbər verir ki, tədbiri giriş sözü ilə Bakı Şəhər Baş İdman İdarəsinin rəisi Raqif Abbasov yer alıb. O, federasyanın təşkilatçılığı ilə mütamadi olaraq paytaxt və ölkə çempionatlığının keçiriləcəyinin və regionlarda da nümayəndəliklərin yaradılacağını söyləyib:

“İnşallah uğurlarınız bol olar. Bu federasyada yetişən idmançılarımız bütün yarışlarda bizim dövlət himnimizi səsləndirər”. Azərbaycan Vin Çun Federasiyasının prezidenti Asif Sayadov bu döyüş sənətini 2008-ci ildə ölkəmizə gətirdiyini qeyd edib. O, 10 il ərzində xeyli işlər görüldüyünü, Avropa və dünya çempionları yetişdirdiklərini qeyd edib. “Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi” olan A. Sayadov federasiyanın gələcək planları və qarşısına qoyduğu məqsədlər haqqında da məlumat verib.

Daha sonra idarə heyətinin üzvlərinə vəsiqələr təqdim olunub.

Tədbirə dəvət olunmuş qonaqlar arasında millət vəkili Ülvi Quliyev, məşhur idmançılarımız Elnur Məmmədli, Rafael Ağayev, Eduard Məmmədov, Rəşad Əhmədov, Hacı Əliyev, Nizami Paşayev, Şahin İmranov, Elçin Eminov və başqaları yer alıb.