27/08/2018
12:00
12456
| A A A
Şəhriyar Məmmədyarovdan gözlənilməz etiraf: "Azərbaycanda bir nəfər tapılmadı ki, mənə...
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə 5 saatlıq mübarizədən yarım xalla ayrılıb.
Goal.az xəbər verir ki, Ş. Məmmədyarov Facebook profilində paylaşım edərək, özünə qarşı olan biganə münasibətdən söz açıb. O, ardıcıl yarışlarda iştirak etdiyindən yorulduğunu və səbrinin tükəndiyini deyib: Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsoru yoxdur. Hətta bütün yarışlara öz hesabıma gəlirəm. Çünki bütün burdakı insanların sponsoru var. Amma sabah yenə oyun var. Gərək hazırlaşım. Çox heyf, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf mənim gücüm sonsuz deyil.
Həmin statusu təqdim edirik: