04/10/2018
13:26
1631
| A A A
Millimiz məğlub oldu

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyada davam edən dünya çempionatında bu gün qrup mərhələsinin son oyununu keçirib.

Goal.az-ın məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv C qrupunun V tur qarşılaşmasında Tailanda uduzub – 1:3 (25:22, 15:25, 25:19, 25:27).

Qeyd edək ki, hər iki komanda növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün matç formal xarakter daşıyıb. Bu qələbədən sonra xalını 10-a çatdıran Tailand 3-cü sıradakı mövqeyini qoruyub. Azərbaycan isə 6 xalla 4-cü olub. 4 xala malik Cənubi Koreya 5-ci, xal qazana bilməyən Trinidad və Tobaqo isə sonuncu yeri tutub. Turun son görüşü 11 xalla ilk iki pilləni bölüşən Rusiya və ABŞ arasında olacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16948 səs