04/10/2018
16:21
1596
| A A A
Voleybol yığmamızın növbəti rəqibləri müəyyənləşdi

Qadınlardan ibarət voleybol yığmamızın Yaponiyada keçirilən dünya çempionatının ikinci mərhələsindəki rəqibləri müəyyənləşib.

Goal.az xəbər verir ki, komandamız növbəti raundda Rusiya, İtaliya, Çin, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir. Birinci mərəhələdə qruplarda ilk 4 yeri tutan 16 komanda növbəti raundda iki qrupa bölünüb. Ən yaxşı nəticəyə malik 3 kollektiv üçüncü mərhələyə vəsiqə qazanacaq. Pley-offa isə ilk 2 yeri tutanlar adlayacaq.

İkinci qrup mərhələsinin oyunlarına oktyabrın 7-də start veriləcək.