05/10/2018
17:32
1238
| A A A
Şahmatçılarımız olimpiadadan medalsız qayıdır

Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadası yekunlaşıb.

Goal.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları sonuncu – XI turda müvafiq olaraq, Serbiya və Vyetnam komandaları ilə qarşılaşıblar.

Kişilərdən ibarət kollektiv rəqibi 4:0 hesabı ilə məğlub edərək, xallarını 15-ə çatdırıb və yarışı 15-ci pillədə başa vurub. İlk 3 yerdə qərarlaşan ABŞ, Rusiya və Çin eyni – 18 xal toplayıb. Lakin əlavə əmsallara görə Çin Olimpiadanın qalibi olub.

Qadınlardan ibarət milli isə son oyunda heç-heçə etməklə, xalını 16-ya yüksəldib və yekunda 9-cu yeri tutub. Çin və Ukrayna 18 xal toplasa da, asiyalılar əlavə əmsallara görə birinci olub.