06/10/2018
11:04
6815
| A A A
Makqreqor Həbibi təpiklə vurmaq istədi - video

İrlandiyalı qarışıq idman növləri üzrə döyüşçü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədov ilə baxış dueli zamanı onun əlindən vuraraq dava salmaq istəyib.

Goal.az xəbər verir ki, hadisə Las-Veqasda "UFC 229" iştirakçılarının çəkilərinin müəyyən edilməsi mərasimində baş verib.

Turniröncəsi təntənəli rəsmi çəki mərasimində hər iki idmançı yüngül çəki normasına uyğun gəlib (70,3 kq - Nurməhəmmədov, 70,1 kq - Makqreqor). Odur ki, döyüşün keçirilməməsi üçün heç bir səbəb yoxdur.

Xatırladaq ki, Nurməhəmmədov - Makqreqor döyüşü bazar günü səhər, Bakı vaxtı ilə təqribən 7-də başlayacaq.