07/10/2018
09:24
5883
| A A A
Nurməhəmmədov Makqreqor döyüşündə qalib müəyyənləşdi - video

Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib.

Goal.az xəbər verir ki, Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra qalmaqal yaşanıb. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra, rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub.

Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.