07/10/2018
11:45
2733
| A A A
Həbib Nurməhəmmədov: "Kəmərimi verin"

UFC qarışıq döyüş növləri üzrə bu gün ABŞ-ın Las Veqas şəhərində bütün dünyanın gözlədiyi döyüş keçirilib.

Goal.az xəbər verir ki, Rusiya idmançısı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makreqorla qarşılaşıb. Döyüş boyu üstün olan Həbib rəqibi boğma fəndinə salaraq məğlub edib. Lakin döyüş bitən kimi ara qarışıb. Belə ki, dağıstanlı Nurməhəmmədov özünü saxlaya bilməyib və rinqdən kənara atılaraq, oradakılara hücum çəkib. Rinqin daxilində isə Həbibib qardaşı Makreqoru döyüb. Bunun ardından kəmər Həbibə təqdim edilməyib. İdmançı bu barədə fikirlərini belə ifadə edib:

"Mən sakitəm. Bütün rəqiblərimə də indiyə qədər hörmət etmişəm. Səhv bir şey etsəm məni həbsxanaya salın. Ancaq bu kəmər haqqımdır. Yalnız kəmərimi verin!"