10/10/2018
10:00
928
| A A A
Voleybolçularımız Türkiyəyə uduzdu

Qadınlardan ibarət voleybol yığmamız dünya çempionatında növbəti oyununu keçirib.

Goal.az xəbər verir ki, rəqib Türkiyə yığması olub. Oyun qardaş ölkə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1 (26-24, 25-17,  22-25, 25-21).
II dövrədə İtaliya və Çin yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra üçüncü mərhələyə vəsiqə qazanmaq şansını itirib. Yığmamız qrupunda formal xarakter daşıyan son matçını oktyabrın 11-də Bolqarıstana qarşı keçirəcək.