11/10/2018
11:18
1028
| A A A
Voleybol millimiz mübarizəni dayandırdı

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında mübarizəni dayandırıb.

Goal.az xəbər verir ki, F qrupunda yer alan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv II mərhələnin 4-cü oyununda da uduzub. Yığma Osaka şəhərində baş tutan görüşdə Bolqarıstan komandasına məğlub olub – 0:3 (19:25, 20:25, 20:25).

Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda III mərhələni 6 xalla sonuncu – 8-ci pillədə başa vurub.