11/10/2018
13:13
443
| A A A
Azərbaycanlı gimnast olimpiya çempionu oldu

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Goal.az xəbər verir ki, gimnast Yelizaveta Luzan birinci yeri tutub. O,qarışıq qrup üzrə komanda yarışında qalib olub. Oyunlarının yeni formatına əsasən, gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmır. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünürlər. Dördqat olimpiya çempionu Simona Baylzın komandasında Y.Luzanla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan idmançılar yer alıb. 

Onlar fərdi çıxışlarına görə əldə etdikləri xal hesabı ilə komandalarına qızıl medalı qazandırıblar.