12/10/2018
15:55
1708
| A A A
Faiq Qarayev karyerasını bitirdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Goal.az xəbər verir ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlərlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub. O, fəaliyyətini Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti kimi davam etdirəcək. Faiq Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub. Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığmamız növbəti raunda vəsiqə qazana bilməyib.