19/11/2018
14:32
1015
| A A A
Güləşçilərimiz “Continental Cup” turnirində 2 medal qazandı

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Xasavyurt şəhərində keçirilmiş “Continental Cup” turnirində iki medal qazanıblar.

Goal.az xəbər verir ki, 70 kq çəki dərəcəsində Azərbaycan yığmasının iki üzvü yarımfinalda qarşılaşıblar. Gitinoməhəmməd Hacıyevə qalib gələn Ağahüseyn Mustafayev finala yüksəlib. Ancaq son görüşdə uduzan Mustafayev gümüş medalla kifayətlənib. Hacıyev isə "bürünc" əldə edib.

İkinci dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev, eləcə də III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev turnirdə ədaləti qoruyub.

Qeyd edək ki, “Continental Cup” turnirində məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Azərbaycanı 15 güləşçi təmsil edib.