26/11/2018
11:17
1227
| A A A
Boks üzrə Azərbaycan millisinin baş məşqçisi dəyişdi

Azərbaycanın kişi boksçulardan ibarət milli komandasında baş məşqçi dəyişikliyi olub.

Goal.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı baş məşqçi Leonid Loivski istefaya göndərilib. Onu Vaqif Şirinov əvəzləyib. Şirinov ən azı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək millinin sükanı arxasında olacaq. Komandada böyük məşqçi funksiyasını isə yenə Nəriman Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmaya rəhbərlik edib.

Mourinyo hansı klubu çalışdıracaq?

REAL MADRID
%
MILAN
%
BAVARİYA
%
INTER
%
6892 səs