26/11/2018
12:14
833
| A A A
Avropa birinciliyində iştirak edəcək taekvondoçularımız müəyyənləşdi

Yeniyetmə taekvondoçularımız qitə birinciliyinə yollanıblar.

Goal.az xəbər verir ki, komandamız İspaniyanın Marina Dor şəhərində təşkil edilən Avropa birinciliyində 11 taekvondoçu ilə mübarizə aparacaq.

Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov bu yarışda oğlanlardan -33 kq çəki dərəcəsində Nihad Məmmədzadə, Rahid Vəliyev(-37 kq), İsmayıl İbrahimov (-41 kq), Xanlar Xanəhmədov (-45 kq), Səyyad Dadaşov (-49 kq), Eltac Qafarova (53 kq) şans verəcək. 


Qızların yarışmasında isə Zeynəb Məmmədova (-33 kq), Səidə Əliyeva (-37 kq), Zivər Tağıyeva (-44 kq), Səmərrux Osmanova (-47 kq) və Tülin Ələkbərova (-55 kq) dayanq üzərinə çıxacaq.

29-noyabrda başlanacaq qitə birinciliyinə 2 dekabr tarixində yekun vurulacaq. Yarışda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakimlər, Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Elşən Quliyev və Coşqun Nadirov təmsil edəcək. Komanda 3 dekabrda vətənə dönəcək.