29/11/2018
12:17
1389
| A A A
Hemilton Formula 1 üzrə 5 qat dünya çempionu oldu

"Formula 1" üzrə Meksika Qran Prisinə yekun vurulub.

Goal.az-ın məlumatına görə, yarışın qalibi adına "Red Bull" pilotu Maks Ferstappen layiq görülüb.

71 mərhələdən ibarət yürüşün yekununda o, 1 saat 38 dəqiqə 28,851 saniyə nəticə göstərib. Sonrakı iki yeri "Ferrari" pilotları Sebastyan Fettel və Kimi Raykkonen tutub.

"Mercedes"in digər pilotu Lüis Hemilton 4-cü yeri tutsa da, karyerasında 5-ci dəfə dünya çempionu adını vaxtından əvvəl qazanmağı bacarıb. Britaniyalı idmançı bu göstəricidə argentinalı mərhum pilot Xuan Manuel Fanxio ilə bərabərləşib. Hamıdan çox titul isə almaniyalı Mixael Şumaxerdədir. Onun 7 dünya çempionluğu var.

Mövsümün sonuna 2 mərhələ qalmış Hemilton 358 xalla 1-ci, Fettel 294 xalla 2-ci, Raykkonen 236 xalla 3-cüdür. Avtomobillərin yarışında isə "Mercedes" 585 xalla 1-ci, "Ferrari" 530 xalla 2-ci, "Red Bull" isə 362 xalla 3-cü yerdə gedir.

Növbəti Qran Pri 9 - 11 noyabrda Braziliyada, sonuncusu isə 23 - 25 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək.

Lüis Hemilton əvvəllər 2008, 2014, 2015 və 2017-ci illərdə dünya çempionu olub.

Bundan əvvəl "Ferrari" pilotu Kimi Raykonnen ABŞ "Qran-prisi"nin qalibi olub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16466 səs