29/11/2018
16:29
1798
| A A A
Gənclər və İdman naziri Vinq Çun əfsanəsini qəbul edib
Məlum olduğu kimi, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının dəvəti ilə ölkəmizə gələn Beynəlxalq Vinq Çun assosiasiyasının prezidenti canlı əfsanə, Qrandmaster Samuel Kvok, 23-25 noyabr tarixlərdə Bakıda Vinq Çun üzrə beynəlxalq seminar verdi. Goal.az xəbər verir ki, 3 gün davam edən seminarda Qrandmaster Samuel Kvok və federasiyanın prezidenti beynəlxalq dərəcəli döyüş ustası Asif Sayadov maksimum dərəcədə iştirakçılara bu döyüş sənətinin sirlərini öyrətməyə çalışıb .
Seminara Federasiyanın və o cümlədən digər döyüş məktəblərindən ümumilikdə 200 dən çox idmançı qatılıb . 
27-noyabr tarixində isə  qrandmaster Samuel Kvok və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov və I vitse prezidenti Jalə Əhmədovanı  Gənclər və İdman Nazirliyində  cənab nazir Azad Rəhimov qəbul edib . Görüş zamanı  qrandmaster Samuel Kvok Azərbaycana gəlməsinin səbəbindən və ölkəmizdə Vinq Çun döyüş sənətinin sürətlə inkişafıdan və müxtəlif yaş kateqoriyalarında olan insanların bu növə olan böyük marağından söhbət açıb . Daha sonra federasiyanın prezidenti Asif Sayadov, ölkəmizdə bu döyüş sənətinin 10 illik inkişaf tarixindən, qazanılan uğur və nailiyyətlərdən danışıb . Daha sonra isə  canlı əfsanə Samuel Kvok yeni yaradılmış Vinq Çun federasiyasına görə cənab nazirə təşəkkürünü bildirib .
Federasiyanın I vitse prezidenti Jalə Əhmədova federasiyanın gələcək planlarından görüləcək iş lərdən bəhs edib . Görüş zamanı, cənab nazir yeni yaradılmış bu federasiyaya uğrlar arzulayaraq hər zaman nazirlik tərəfindən diqqət və qayğı üzərində olacağını söyləyib. Daha sonra qrandmaster Samuel Kvok Beynəlxalq Vinq Çun assosiasiyası adından  Vinq Çun idman növünün inkişafına göstərdiyi diqqət və qayğısına görə  cənab nazirə fəxri sertifikat təqdim edib. 

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
15 səs