06/12/2018
11:38
1349
| A A A
Futzal millimizin yer aldığı səbət açıqlandı

Dekabrın 12-də UEFA-nın Nyondakı mənzil-qərargahında 2020-ci ildə Litvada keçiriləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Goal.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, artıq püşkatmanın səbətləri açıqlanıb.

Azərbaycan millisi mübarizəyə əsas mərhələdən başlayacaq. Buna qədər isə ilkin seçmə mərhələnin oyunları keçiriləcək.

Mübarizəyə 32 komanda qoşulacaq. Onlar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yalnız qrup qalibləri və ikinci pilləni tutacaq komandalar mübarizəni əsas mərhələdə davam etdirmək hüququ qazanacaq. Millimiz isə ən yüksək reytinqə malik 16 komanda sırasındadır və gələn il oktyabrın 22-dən 27-dək keçiriləcək əsas mərhələdə meydana çıxacaq. Yüksək reytinqli 16 komanda püşklə 8 qrupa bölünəcək və yer aldıqları qrupların 1-ci və 2-ci komandaları olacaqlar. Digər iki komanda ilkin mərhələdə uğur qazanacaq millilər olacaq.

Əsas mərhələdə iştirak edəcək komandalardan yeddisi – Portuqaliya, Ukrayna, Azərbaycan, İtaliya, Xorvatiya, Polşa, Fransa - qrup oyunlarına evsahibliyi etmək üçün müraciət edib ki, onlar fərqli qruplarda yer alacaqlar. 8-ci ev sahibi komanda məlum deyil və bu qruplar müəyyənləşdikdən sonra püşklə dəqiqləşəcək. İlkin mərhələdə eyni qrupda yer almış komandalar əsas raundda bir qrupda mübarizə apara bilməzlər.   

Həmçinin, UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistan, Cəbəllütariq və İspaniya, Kosovo Bosniya Herseqovina və Serbiya eyni qrupda yer ala bilməzlər.

Əsas mərhələdən elit raunda hər qrupdan 2 ən yüksək nəticə qazanmış komanda vəsiqə qazanacaq.

Onu da qeyd edək ki, bu dəfə rekord – 48 komanda mübarizədə iştirak edəcək. Almaniya, Kosovo, Şotlandiya və Şimali İrlandiya dünya çempionatının seçmə oyunlarında debüt edəcəklər. Oyunlar 4 – ilkin, əsas, elit raund və play-off mərhələdən ibarət olacaq. Avropadan meydan sahibi Litvadan başqa, 6 komanda final mərhələsinə vəsiqə qazanacaq. Həlledici mərhələdə isə 24 komanda qalib adı uğrunda yarışacaq. Sonda səbətləri diqqətinizə çatdırırıq:  

İlkin mərhələ

1-ci səbət (ev sahibi)

 

Bosniya və Herseqovina 

Gürcüstan

Makedoniya

Latviya

Moldova 

İsveç

Bolqarıstan

2-ci səbət

İsrail

Andorra

Estoniya

Malta

Cəbəllütariq

San Marino

Şotlandiya

Şimali İrlandiya

3-cü səbət

Kosovo

İsveçrə

Ermənistan

Yunanıstan

Almaniya

Uels

Kipr

4-cü səbət

Türkiyə

İngiltərə

Albaniya

Monteneqro

Danmarka

Norveç

5-ci səbət

 

Belarus

Niderland

Belçika

Finlandiya

Əsas mərhələ

6-cı səbət (ev sahibləri)

Portuqaliya

Ukrayna

Azərbaycan 

Italiya

Xorvatiya

Polşa

Fransa

7-ci səbət

İlkin mərhələdən yüksələcək ikinci pillənin sahibi komandalar



8-ci səbət

İlkin mərhələdən yüksələcək qrup qalibləri

9-cu səbət

Sloveniya

Macarıstan

Çexiya

Rumıniya

Slovakiya

10-cu səbət

Rusiya

İspaniya

Qazaxıstan

Serbiya