26/12/2018
17:31
595
| A A A
Məşhur şahmatçı donaraq öldü
Məşhur şahmatçı, FİDE-nin fəxri üzvü Eduard Dubov ölüb. 
 
Goal.az xəbər verir ki, dekabrın 22-də səhər saatlarında Moskva xəstəxanalarında birinə donmuş vəziyyətdə olan kişi gətiriblər. Həkimlər onun həyatını xilas edə bilməyiblər. 
 
Onun şəxsiyyəti müəyyənləşdirilib və məlum olub ki, soyuqdan donaraq ölən məşhur qrossmeyster Eduard Dubovdur. Onun 80 yaşı vardı. 
 
Dubov həm də məşhur riyaziyyatçı idi. Onun nəvəsi Danil Dubov da qrossmeysterdir.