27/12/2018
09:41
747
| A A A
“İntellektual Region Gəncləri” adlı layihə keçirildi

25-26 dekabr tarixlərində Horadiz şəhərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “İntellektual Region Gəncləri” adlı layihə keçirilib.

Goal.az xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd yalnız paytaxt Bakıda deyil, regionlarda, xüsusən də cəbhə bölgəsində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması və intellektual oyunlara marağın yaradılmasıdır.

“Xəmsə” Milli İntellektual oyunu 2007-ci ildən etibarən hər il yeniyetmə və gənclər arasında ayrı ayrılıqda 4000-dən artıq gənci əhatə etməklə çempionat formatında da keçirilir və İntellektual oyunlar üzrə ilk Azərbaycan Brendidir.

Qeyd edək ki, 

“İntellektual Region Gəncləri” adlı layihə Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsinin qalibidir. Layihə iştirakçıları Füzuli rayonunda yerləşən orta məktəb şagirdləridir, layihə rəhbəri isə Horadiz şəhər sakini Fərid Şükür oğlu Kərimovdur.Image may contain: 4 people, people smiling, people sitting, table and indoorImage may contain: 5 people, people standing and indoorImage may contain: 4 people, people sitting, table and indoorImage may contain: 2 people, people standing and beard

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15042 səs