28/12/2018
14:17
639
| A A A
Azərbaycan güləş tarixində yeni rekord

Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb.

Goal.az

 

xəbər verir ki, imtahanlardan uğurla keçən 6 azərbaycanlı hakim sevindirici xəbər alıb. Belə ki, Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da, olimpiya kateqoriyalı hakimlərimizin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddur.

Xatırladaq ki, digər I-S dərəcəli hakimlərimiz Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdir. Elman İsmayılovla Abdul Nuriyev I kateqoriyaya sahib çıxıb. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov isə beynəlxalq hakim statusu alaraq, 3-cü dərəcəyə yüksəliblər.