29/12/2018
10:02
763
| A A A
Şəhriyar Məmmədyarov gümüş medal qazandı - dünya çempionatında

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb.

Goal.az xəbər verir ki, yarışın son günündə 3 qələbə, 2 heç-heçə edən 33 yaşlı şahmatçımız xallarını 10.5-ə çatdırıb və ikinci olub.

Azərbaycanın digər kişi şahmatçıları -  Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci yerə çıxıb.

Rusiya şahmatçısı Daniel Dubov 11 xalla rapid növü üzrə birinci olub. ABŞ təmsilçisi Hikaru Nakamura 10.5 xalla bürünc medala yiyələnib.

Qadın şahmatçılarımızdan Gülnar Məmmədova 7.5 xalla 18-ci, Günay Məmmədzadə 7 xalla 39-cu,hərəyə 5.5 xal yığan Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2828 səs