04/01/2019
12:53
1112
| A A A
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti AİBA-nın büro üzvü seçilib

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) büro üzvü seçilib.

Goal.az federasiyanın rəsmi saytına xəbər verir ki, beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda cəmi 7 nəfər çalışacaq. Bunlar AİBA prezidenti Qafur Rəhimov, 2 vitse-prezident və İcraiyyə Komitəsinin 4 üzvüdür. AİBA rəhbərinin təqdimatı ilə İcraiyyə Komitəsinin üzvlərinin təsdiq etdikləri “yeddilik” 4 il müddətinə bu vəzifəni icra edəcək.

Büro dünya boksunda ən vacib məsələləri – bu idman növünün gələcəyini müəyyən etmək, qanunların dəyişməsi, maliyyə məsələlərinə nəzarət, həmçinin idarəetməni müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarmaq səlahiyyətinə sahibdir.

Qeyd edək ki, Süleyman Mikayılov bu hüquqa ikinci dəfə yiyələnib. O, 2013-cü ildə də 5 nəfərdən ibarət olan büroda eyni vəzifəni daşıyıb. ABF rəsmisi AİBA-nın İcraiyyə Komitəsinin də üzvüdür.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15462 səs