09/01/2019
20:27
995
| A A A
Millimiz Avropa çempionatına 2 idmançı ilə yollanır

Fiqurlu konkisürmə üzrə Avropa çempionatının iştirakçılarının siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə təşkil olunacaq yarışda Azərbaycan idmançıları da qüvvəsini sınayacaq.

Yanvarın 21-27-də keçiriləcək çempionatda yığmamızı təmsil edəcək konkisürənlər də dəqiqləşib. Kişilərin yarışında Vladimir Litvintsev buz üzərinə çıxacaq. 18 yaşlı milliləşən rusiyalı Avropa çempionatında ilk dəfə çıxış edəcək.

Qadınların mübarizəsində isə 16 yaşlı Yekaterina Ryabova mübarizə aparacaq. 3 yaşından Moskvadakı məşhur Yevgeni Plyuşenko akademiyasında hazırlıq keçən idmançı ilk dəfə qitə çempionatında qüvvəsini sınayacaq.

Qeyd edək ki, idman cütləri və buz üstdə rəqslərdə ölkəmiz təmsil olunmayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15048 səs