21/01/2019
15:31
5624
| A A A
Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının növbəti filialı açıldı

19.01.2019-cu il tarixində “ZƏNCİR DÖYÜŞ KLUBU” Vinq Çun İdman Mərkəzinin açılışı olub. Goal.az xəbər verir ki, tədbirdə Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Respublikanın əməkdar məşqçisi Asif Sayadov, I-vitse prezident Jalə Əhmədova, vitse prezident Ramin Əliyev, Təşkilat komitəsinin sədri Mahmud Mehtioğlu və federasiyanın idarə heyətinin digər üzvləri, iştirak ediblər.

Açılış mərasimində Federasiyasının prezidenti, Asif Sayadov vurğulayıb ki, yeni filialın istifadəyə verilməsi Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir. Belə mərkəzlərin istifadəyə verilməsi ölkəmizdə idmanın, o cümlədən Vinq Çun döyüş sənətinin inkişafına və gənclər arasında kütləviliyinin artırılmasına mühüm töhfə verəcək.

Daha sonra federasiyanın I vitse-prezidenti Jalə Əhmədova çıxış edərək söyləyib ki, məqsədimiz, bu idman növünü inkişaf etdirmək və gələcəyimiz olan gənc nəslin sağlam ruhda böyüməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması və vətənimizi hüdudlarından kənarda təmsil etmək, idman şərəfini layiqincə qorumaqdır.

Jalə xanım yeni təyin olunmuş məşqçilərə tövsiyyə edib ki, onlar, tələbələrimizə bu döyüş sənətinin təkcə döyüş tərəfini deyil, həm də vətənpərvərlik, torpağa sevginin mahiyyətini, insanlığa, düzgünlüyə dəyər verməyi, hər birinin bir vətəndaş olaraq dövlətimizin onlar üçün yaratdığı şəraitin müqabilində vətəndaşlıq borclarının olduğunu, onları layiqincə yerinə yetirilməsini aşılamalıdırlar.

Bildirilib ki, Federasiyanın “Vinq Çun - Zəncir Döyüş Klubu” filialında dərslər peşəkar məşqçilər Heydər Zeynalov və Xələf Bəbirov tərəfindən keçiriləcək. Burada bütün yaş kateqoriyaları üzrə oğlan və qızlar ustalıqlarını artıra bilərlər.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33188 səs