22/01/2019
13:29
809
| A A A
Serena Vilyams Simonaya şans vermədi

Mövsümün ilk qrand slam tennis turniri Australian Open-nin dördüncü turunda ABŞ-lı Serena Vilyams qadınların reytinqində ilk pillədə qərarlaşan Simona Haleplə qaşılaşıb.

Goal.az xəbər verir ki, Melburndə keçirilən turnirin səkkizinci günü keçirilən qarşılaşma Serenanın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin 7 qat qalibi 37 yaşlı Vilyams ötən ilin finalçısı ilə görüşdə ilk seti asanlıqla qazanıb - 6:1. İkinci setdə hesabı bərabərləşdirən Halep oyunu final setə daşıyıb - 4-6. Başa-baş mübarizədə sevinən tərəf Serena olub - 6:4.

Serena Vilyams 1 saat 47 dəqiqə davam edən oyundakı qələbə ilə adını 1/4 finala yazdırıb.

Karyerası ərzində 23 qrand slim çempionluğu olan Serenanın 1/4 finaldakı rəqibi rəqibi Karolina Pliskova olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7379 səs