22/01/2019
14:00
816
| A A A
Kunq-fu üzrə açıq respublika turniri keçirildi

Yanvarın 19-da Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Kung-Fu Federasiyasının və “Şərur” idman klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan kunq-fu üzrə açıq respublika turniri keçirilib.

Turniri açıq elan edən Federasiyanın prezidenti, polis mayoru Nurlan Aslanov 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, 20 Yanvar tariximizdə Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür: ”Bu, xalqımızın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir.Bu tarixi yaşadıb yaddaşlara həkk etmək hər birimizin Vətən borcudur.Hesab edirəm ki, Kung- Fu Federasyası da öz əlindən gələni edir və gələcək nəsillərə örnək olmağa çalışır. Bu günkü bütün qələbələrimizi Şəhidlərimizə həsr edirik!”

Daha sonra çıxış edən “Şərur” idman klubunun direktoru Ceyhun Əliyev yarışın əsas məqsədinin Şəhidlərimizi yad etmək, perspektivli idmançıları seçmək və eyni zamanda gələcək beynəlxalq yarışlarda iştirakını təmin etməkdir. C. Əliyev vurğulayıb ki, klub olaraq nəinki tarixi günlərdə hətta başqa günlərdə də Şəhidlərimizin xatirəsini uca tutmağa çalışırıq.

Qeyd edək ki, turnirdə 300 idmançı birincilik uğrunda mübarizə aparıb. 10 çəki dərəcəsində seçilmiş finallar Qala gecəsində peşəkar döyüşlərlə davam etdirilib. Qaliblər kubok, medal və diplomla təltif ediliblər.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs