23/01/2019
16:52
2184
| A A A
Voleybol millimizin rəqibləri müəyyənləşdi

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Goal.az-ın məlumatına görə, İstanbulda keçirilən mərasimdə millimizin də rəqibləri müəyyənləşib. Yığmamız Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya komandaları ilə birlikdə C qrupunda mübarizə aparacaq.Bu qrupun oyunları Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

A qrupu (Ankara): Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan



B qrupu (Lodz): Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya



C qrupu (Budapeşt): Macarıstan, Hollandiya, Xorvatiya, Azərbaycan, Rumıniya, Estoniya



D qrupu (Bratislava): Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə



Qeyd edək ki, Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Türkiyə (Ankara), Polşa (Lodz), Macarıstan (Budapeşt) və Slovakiyada (Bratislava) keçiriləcək. Final və 3-cü yer uğrunda görüşlər Türkiyənin paytaxtında olacaq. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28648 səs