27/01/2019
18:24
1216
| A A A
Novak Cokoviç Australian Open tarixində yeganə 7 qat çempion olub

Tennis üzrə Böyük Dəbilqə seriyalı Australian Open turnirinə yekun vurulub.

Goal.az xəbər verir ki, Avstraliyanın Melburn şəhərində keçirilmiş yarışda kişilərin fərdi mübarizəsində serbiyalı Novak Cokoviçlə ispaniyalı Rafael Nadal üz-üzə gəlib.

İki saat altı dəqiqə davam etmiş görüş Cokoviçin qələbəsi ilə yekunlaşıb - 6:3, 6:2, 6:3.

Bununla da serbiyalı tennisçi Australian Open tarixində yeganə 7 qatçempion olub. Bu qələbədən sonra Cokoviç Böyük Dəbilqə-də ümumilikdə 15 kubokla kişilər arasında üçüncü yerə yüksəlib. 2018-ci ildə bu turnirin qalibi finalda xorvatiyalı Marin Çiliçi üstələmiş isveçrəli Roje Federer olub.

Qadınların fərdi mübarizəsində isə qalib adını ilk dəfə yaponiyalı Naomi Osaka əldə edib. O, finalda çexiyalı Petra Kvitovanı yenib - 7:6 (2), 5:7, 6:4.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7380 səs