28/01/2019
12:51
1310
| A A A
Şahmatçılarımızdan uğursuz çıxış

Hollandiyada təşkil olunan ənənəvi Tata Steel Masters-2019 şahmat turniri başa çatıb.

Goal.az xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsen turnirin qalibi olub. Karlsen turniri 9 xalla başa vurub. Bununla da, o, 7-ci dəfə turnirin qalibi olub.

İkinci yeri Aniş Qiri (Hollandiya), üçüncü pilləni isə Yan Nepomnyaşi (Rusiya) tutub.

Azərbaycan şahmatçıları – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov son turda ruslarla qarşılaşıblar. Məmmədyarov Vladimir Fedoseyev, Rəcəbov isə Nepomnyaşi ilə üzə-üzə gəlib. Görüşlər heç-heçə başa çatıb.

Rəcəbov turniri 6,5, Məmmədyarov 5 xalla başa vurub. Onlar müvafiq olaraq 7 və 12-ci yeri tutub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs