30/01/2019
16:35
2091
| A A A
Nurməhəmmədovun atası: “Ədalətsiz qərardır”

UFC çempionu Həbib Nurhəmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun ABŞ-ın Nevada ştatının Atletika Komissiya tərəfindən cəzalandırılmasına münasibət bildirib.

Goal.az xəbər verir ki, o, qərarın ədalətsiz olduğunu deyib.

“Belə bir qərarla necə razılaşmaq olar? Diskvalifikasiya və pul cəriməsində nə qədər fərq olduğunu görmürsünüz? Həbibin komandası birlikdə 550 min dollar cərimə ödəməlidir. Makqreqorsa cəmi 50 min. Razılaşa bilmərik. Bu, ikili standart deməkdir. Diskvalifikasiya müddətinin azaldılmasına çalışacağıq. 9 ay çoxdur. Nəyin bahasına olursa-olsun, Həbibin 9 ay rinqdən kənarda qalmasına razı deyiləm. Qərarı gözləyə-gözləyə 4 ay itirdik. Bir daha deyirəm ki, qərar bizi qane etmir. Həbibin UFC çərçivəsində bir döyüşü qalır. İstənilən rəqiblə qarşılaşmağa hazırıq ki, öhdəliyi yerinə yetirək. Həmin döyüşdən sonra UFC ilə əlaqələrimiz barədə düşünməyə vaxtımız olacaq”,- döyüşçünün atası bildirib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov ötən il oktyabrın 6-da Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edilib. Rusiyalı idmançının 4-cü raundda məğlub etdiyi Makqreqor isə 6 ay rinqdən kənarlaşdırılıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9552 səs