31/01/2019
14:17
1658
| A A A
Tokio-2020: Millimiz Braziliyada oynayacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası üçün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının təsnifat turnirinin keçiriləcəyi ölkə müəyyənləşib.

Goal.az Beynəlxalq Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın yer aldığı D qrupunun oyunları 2 - 4 avqustda Braziliyada təşkil olunacaq. Milli vəsiqə uğrunda meydan sahibləri ilə yanaşı, Kamerun və Dominikan Respublikası ilə birgə mübarizə aparacaq.

Qeyd edək ki, ən yaxşı reytinqə malik 24 yığma 6 qrupa bölünüb. Qrup qalibi olacaq komandalar olimpiadaya vəsiqə qazanacaqlar. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs