01/02/2019
11:16
1809
| A A A
FİDE yeni reytinq cədvəlini açıqladı - Şəhriyar 2 pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.

Goal.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, ötən ayla müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. Hazırda 2790 xalla 5-ci pillədə olan 33 yaşlı qrossmeyster lider norveçli dünya çempionu Maqnus Karlsendən 53, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 38, 3-cü sıradakı çinli Din Lijendən 22, 4-cü mövqedəki hindistanlı Aniş Giridən 7 xal geri qalır.

Digər şahmatçılarımıza gəldikdə, Teymur Rəcəbov bir pillə irəliləyib. O, 2756 xalla 13-cü yerdədir. Bir pillə geriləyən Arkadi Naydiç 2732 xalla 22-cidir. 2703 xala malik Rauf Məmmədov 42-ci sırada qalıb. Eltac Səfərlinin də mövqeyi dəyişməyib – 2681 xal və 62-ci yer. 2664 xala sahib olan Qədir Hüseynov isə bir pillə geriləyib və 81-ci yerdədir.

Qadınlardan Günay Məmmədzadə 2422 xalla 49-cu pillədə qalıb. Yenə 2397 xala malik Xanım Balacayeva 64-cü, 2368 xalı olan Gülnar Məmmədova 99-cu mövqedə qərarlaşıb. Balacayeva 1 pillə irəliləyibsə, Məmmədova mövqeyini dəyişməyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28648 səs