26/04/2019
13:27
4078
| A A A
SOCAR Azərbaycan Qran-prisində ilk qəza - VİDEO+FOTOLAR

Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. 

Goal.az xəbər verir ki, birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğruszuluqla üzləşib. Onun bolidinin alt hissəsi drenaj lükünə ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb. 

Rassellin bolidi trasdan evakuasiya olunub. Bu zaman bolidi aparan evakuator körpüyə ilişib.

Qəza səbəbindən sərbəst yürüş FİA tərfindən ləğv olunub. 

Xatıladaq ki, Corc Rassell dünən özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmayıb.

Zeynəb Əliyeva

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22738 səs