28/04/2019
18:19
1465
| A A A
SOCAR Azərbaycan Qran-prisində günün ən yaxşı pilotu açıqlanıb

Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində günün ən yaxşı pilotu açıqlanıb.

Goal.az yarışın rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, bu ada İtaliya “Ferrari”sinin sürücüsü Şarl Lekler layiq görülüb.

Yarışa 8-ci sırada başlayan monakolu idmançı 5-ci yerdə finiş edib.

Qeyd edək ki, yarışın qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas olub. Onun komanda yoldaşı Lüis Hemilton ikinci, “Ferrari”nin sürücüsü Sebastyan Fettel isə 3-cü yeri tutub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5868 səs