29/04/2019
11:58
895
| A A A
Portuqaliya klubu futzal üzrə Çempionlar Liqasında qalib oldu

Futzal üzrə UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünə yekun vurulub.

Goal.az verir ki, “Almatı Arena”da keçirilən “Dördlər Finalı”nın mükafatçıları müəyyənləşib.

Əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib. İspaniyanın iki komandası - İnterBarcelona-nın duelində ikincilər 3:1 hesabı ilə qalib gəlib və bürünc medallara sahib çıxıb. Həlledici oyunda isə nəhayət, “Sportinq” 2011, 2017 və 2018-ci illərdəki uğursuz finallardan sonra qələbə qazanıb. Kayrat-ı 2:1 hesabı ilə məğlub edən Portuqaliya təmsilçisi tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Sporting-in qapıçısı Guitta final matçının ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, final qarşılaşmasını rekord sayda - 11973 azarkeş izləyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22436 səs