01/05/2019
10:38
1103
| A A A
FİDE reytinqi açıqlandı: Şəhriyar yerini dəyişmədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) may ayı üçün reytinq siyahısını açıqlayıb.

Goal.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mövqeyi yenə dəyişməyib.

Hazırda 2781 xalla 5-ci pillədə olan 33 yaşlı şahmatçı lider norveçli dünya çempionu Maqnus Karlsendən 80, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 35, 3-cü sıradakı çinli Dinq Lirendən 24, 4-cü mövqedəki hollandiyalı Aniş Giridən 6 xal geri qalır.

Teymur Rəcəbov da əvvəlki mövqeyində qalıb. 2759 xala malik Rəcəbov yenə 12-cidir. Əvəzində Arkadi Naydiç daha 16 pillə geriləyib. Hazırda o, 2682 xalla 58-cidir. Yenə 2654 xalı olan Qədir Hüseynov isə 97-ci yerdə qalıb.

Qadınlara gəldikdə, Günay Məmmədzadə 2436 xalla 40-cı pillədə qalıb. Yenidən "100-lüy"ə daxil olan Xanım Balacayeva isə 2373 xalla 92-cidir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16098 səs