01/05/2019
19:40
1238
| A A A
Azərbaycan qran-prisini izləyən tamaşaçıların sayı açıqlandı

"Formula 1" üzrə SOCARAzərbaycan Qran-prisinin 4 gün boyunca yarış sessiyalarını və həftəsonu "Crystal Hall"da dünya ulduzlarının axşam konsertlərini, ümumilikdə, 85 min tamaşaçı izləyib. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Goal.az-a verilən məlumata görə, bu il ötənilki qədər bilet satılıb.

Xaricdən alınan biletlərin nisbəti 22 % təşkil edib. Əvəzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Bu, əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtın qaldığı bir ərəfədə xəstələndiyi üçün Bakı konsertini ləğv etməsi ilə əlaqədardır. 

Yarışı izləməyə isə 74 ölkədən azarkeş gəlib. Bu ölkələr arasında Rusiya, Birləşmiş Krallıq, Avstriya, Niderland və Gürcüstandan xüsusilə fərqlənib.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent ÖzərdimAvropadan gələn azarkeşlərin sayının artması ilə əsas "Formula 1" izləyicilərinin Bakını seçmələrini sevindirici hal adlandırıb: "Buna misal olaraq, yarışı izləmək üçün ölkəyə səfər edənlərin sayında 41% artımla Birləşmiş Krallığı, 28% -lə Avstriyanı və 26%-lə Nidelandı göstərə bilərik. Bundan başqa, Çin və Türkiyədən gələnlərin sayında da müvafiq olaraq 22% və 11% artım qeydə alınıb. Tribuna biletlərinin hamısı satılıb və cümə günü axşam konsertinin olmamasına və həmçinin şənbə günkü Sem Smitin çıxışının son anda ləğv olunmasına baxmayaraq, ümumilikdə, bilet satışı 2018-ci ildəkinə bərabər olub. Xüsusən gənclər arasında yarışa maraq ilbəil artır və nəticədə hər ötən il yerli azarkeşlərin sıraları daha da genişlənir. Bu, bizi yüksək səviyyədə həvəsləndirir. Düşünürəm ki, hal-hazırda tutduğumuz mövqe olduqca güclüdür və 2020-ci ildə də azarkeşlər üçün daha bir möhtəşəm Formula 1 yarış həftəsonu keçirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisində "Mercedes" komandasının pilotu Valteri Bottas qalib olub. Onu komanda yoldaşı Luis Hamilton və "Ferrari" sürücüsü Sebastyan Fettel ardıcıllıqla izləyiblər. Bottasın zəfər sevinci ötən il yarışın sonuncu dövrələrində qələbəyə gedərkən yaşadığı uğursuz qəzanın verdiyi kədəri tamamilə unutdurub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16098 səs