02/05/2019
13:16
984
| A A A
Alonso karyerasını bərpa etmək fikrinə düşüb

İspaniyalı pilot Fernando Alonso gələcəyi ilə bağlı qərarı iyulda açıqlayacaq.

Goal.az-ın məlumatına görə, bu barədə ikiqat dünya çempionunun özü "Marca"ya müsahibəsində bildirib. 38 yaşlı sürücü variantlarından biri kimi "Formula 1"ə qayıdışının mümkünlüyünü nəzərdən keçirdiyini dilə gətirib. Daha əvvəl onun dözümlülük üzrə avtomobil yürüşündə çıxışlarını başa vuracağı məlum olub.

"Ola bilsin, bir qədər nəfəs almaq üçün "Formula 1"ə qayıtmağım gərəkdir. Amma gələcəyim istənilən seriya ilə bağlı ola bilər. Mən konkret hansısa yarış barədə danışmıram. Müxtəlif təkliflərə tam açığam. "Formula 1" karyeramı başa vurduğum vaxt düşünürdüm ki, karyeramın pik nöqtəsindəyəm. Amma indi yeni çağırışlar üçün özümdə güc və əminlik hiss edirəm. 2020-ci ildə bu, "Formula 1" də ola bilər, "İndikar" da, başqası da. Eyni zamanda, çıxışlarımı ümumiyyətlə dayandıra bilərəm" deyə Alonso bildirib.

Məşhur idmançı hələlik gözləməyi məqsədəuyğun saydığını bildirib: "Gələn il nə etmək istədiyimə dair məsələnin həlli üçün imkanım var. Gözləmək lazımdır. Görək gələn iki ayda nə baş verəcək. Öhdəliklərin olmayanda düzgün qərarlar qəbul edə bilərsən. İki-üç variantım var. Qərarımı iyulda açıqlayacağam".

Qeyd edək ki, Fernando Alonso 2016-cı ildə Bakıda keçirilmiş Avropa Qran-prisinin səfiri olub. 

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16097 səs