21/05/2019
13:14
775
| A A A
Formula 1 üzrə 3 qat dünya çempionu vəfat etdi

"Formula1" üzrə keçmiş dünya çempionu Niki Lauda vəfat edib.

Goal.az xəbər verir ki, bu barədə avstriyalı idmançının ailə üzvlərinə istinadən "France Presse" məlumat yayıb.

O, mayın 20-də 71 yaşında dünyasını dəyişib. Üçqat dünya çempionu olmuş Lauda 1976-cı ildə ağır qəzaya düşərək, çoxsaylı yanıq xəsarətləri almasına baxmayaraq, cəmi 6 həftə sonra yenidən idmana qayıdıb. O, yanıq xəsarətlərinin yerlərini qırmızı şapkası ilə örtüb.

Niki Lauda karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33186 səs