27/05/2019
13:13
1124
| A A A
II Avropa Oyunları ərəfəsində Minskdə Azərbaycan günü keçiriləcək

"Minsk 2019" II Avropa Oyunları ərəfəsində Belarus paytaxtında Azərbaycan günü təşkil olunacaq.

Oyunların Əməliyyat Komitəsindən Goal.az-a verilən məlumata görə, təntənəli mərasim iyunun 20-də fan-zonalardan birində keçiriləcək. Tədbirə Azərbaycanın bir çox rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Avropa Olimpiya Komitələrinin və beynəlxalq federasiyaların rəhbər şəxsləri qatılacaq.

Qeyd edək ki, II Avropa Oyunlarının açılış mərasimi iyunun 21-də keçiriləcək. Oyunlar iyunun 30-dək davam edəcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs