29/05/2019
20:47
1384
| A A A
Voleybol yığmamız İspaniyaya uduzdu

Qadın voleybolçular arasında təşkil edilən Qızıl Avropa Liqası turnirində bu gün II turun oyunları keçirilib. 

Goal.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan yığması İspaniya ilə qarşılaşıb.

İlk tur çərçivəsində Minskdə Belarus millisinə uduzan (2:3) komandamız yenə çətin oyun keçirib. Mübarizəyə Finlandiya üzərində səfər qələbəsi (3:1) ilə başlayan ispaniyalılar uğurlu seriyanı davam etdiriblər.

İtaliyalı mütəxəssis Covanni Kapraranın çalışdırdığı yığmamız Belarusla görüşdə olduğu kimi, bu dəfə də gənc voleybolçulara güvənib.

Görüş isə qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qızıl Avropa Liqası

Azərbaycan - İspaniya - 0:3 (21:25, 24:26, 14:25)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17751 səs