01/06/2019
13:50
2502
| A A A
Şəhriyar Məmmədyarov FIDE-nin yeni reytinqində 3 pillə geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyun ayı üçün reytinq siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun mövqeyi dəyişib. Ötən ay 2781 xalla 5-ci pillədə olan 33 yaşlı “Şah”, 3 pillə geriləyərək 8-ci olub. Onun aktivində 2774 xal var.

Teymur Rəcəbov da əvvəlki mövqeyində qalıb. 2759 xala malik Rəcəbov yenə 12-cidir. Arkadi Naydiç 2681 xalla 58-cidir. Yenə 2654 xalı olan Qədir Hüseynov isə 97-ci yerdə qalıb.

Qadın şahmatçılara gəlincə, Günay Məmmədzadə 2436 xalla 40-cı pillədə qalıb. Ötən ay 92-ci pillədə olan Xanım Balacayeva isə bu dəfə “100-lüy”ü tərk edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11769 səs