02/06/2019
17:41
832
| A A A
Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycanın idman gimnastları Sloveniyanın Koper şəhərində “Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar.

Goal.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Marina Nekrasova və Nikita Simonov iki qızıl medala sahib olublar. Beləliklə, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himni səsləndirilib.

Nekrasova dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal, Simonov isə halqalarla çıxışda 14.600 xal toplayıblar.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17749 səs