05/06/2019
12:00
2286
| A A A
Nurməhəmmədov UFC ilə yeni müqavilə imzalayıb

Yüngül çəki dərəcəsində "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov təşkilatla yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə idmançının meneceri Əli Əbdül Əzizə istinadən ESPN məlumat yayıb.

Bildirilir ki, müqavilə bir neçə qarşılaşma üçün nəzərdə tutulub. Sazişin digər təfərrüatları açıqlanmır. Sənəddə kanadalı Jorj Sen-Pyer UFC-yə qayıdacağı təqdirdə Nurməhəmmədovun onunla döyüşmə ehtimalının olmasına dair maddə yer alıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17750 səs