28/06/2019
20:34
2356
| A A A
Mariya Stadnik lI Avropa Oyunlarının qalibi oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.

Goal.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə Ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Qarşılaşmadan qələbə ilə ayrılan (7:1) Azərbaycan təmsilçisi qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.

Bu gün həmçinin Elmira Qəmbərova (62 kq) final, Alyona Kolesnik (57 kq) və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36169 səs