29/06/2019
20:18
1851
| A A A
Boksçumuz qızıl medal qazandı

Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.

Goal.az xəbər verir ki, bu gün Azərbaycan boksçusu Alfonso Dominges final qarşılaşmasına çıxıb.

81 kq mübarizə aparan təmsilçimiz qızıl medal uğrunda Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gəlib. Rəqibinə 3:2 hesabı ilə qalib gələn boksçumuz ölkəmizə qızıl medal qazandırıb.

18:55. 81 kq, final

Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya) - 3:2

Qeyd edək ki, milliləşdirilmiş boksçu finala qədər Stefan Xrekul (Ukrayna), Mixail Dauhaliavets (Belarus), Ziad əl-Mohor (Belçika) və Simeone Fiorini (İtaliya) məğlub edib.

Qeyd edək ki, bu, Azərbaycanın Avropa oyunlarında 23-cü medalı olub. Bunlardan dördü qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21941 səs