01/07/2019
10:33
1455
| A A A
Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının iyul 3-də Portuqaliyanın Nazare şəhərində start götürəcək Avropa Liqası (Euro Beach Soccer League) turniri üçün heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, iyulun 5-də, 6-da və 7-də müvafiq olaraq Rusiya, İspaniya və Türkiyə yığma komandaları ilə qarşılaşacaq yığmaya 12 oyunçu dəvət alıb.

Bunlar Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Rüfət Məmmədov, Sabir Allahquliyev və Ruslan Poladovdur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22007 səs