03/07/2019
17:51
1271
| A A A
Universiada-2019: Azərbaycan idmançıları gəmidə məskunlaşıblar

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ilk medalçılar iyulun 4-də bəlli olacaq.

Goal.az xəbər verir ki, cüdo, üzgüçülük, suya tullanma, idman gimnastikası, qılıncoynatma və atıcılıq yarışlarında, ümumilikdə, 15 dəst medal sahibini tapacaq. Heyətində 18 idmançının yer aldığı Azərbaycan millisi Universiadanın proqramına daxil edilən 18 idman növündən 6-da təmsil olunacaq. Bunlar taekvondo, idman gimnastikası, bədii gimnastika, cüdo, qılıncoynatma və atletikadır.

Su polosu, futbol və suyatullanma yarışlarına iyulun 2-də start verilib. Tələbələr həmçinin basketbol, voleybol, stolüstü tennis, üzgüçülük, kamandan oxatma, atıcılıq, reqbi-7 və yelkənli idman növləri üzrə yarışlarda mübarizə aparacaqlar. İyulun 14-dək davam edəcək Universiadaya 112 ölkədən 5971 idmançı qatılıb. Ümumilikdə və 222 dəst medal sahibini tapacaq.

Azərbaycan millisi Universiadada Aydın Məmmədovun rəhbərlik etdiyi 28 nəfərlik heyətlə təmsil olunacaq. Onlardan 7 nəfəri - Rza Mehmandost (taekvondo), Elxan Məmmədov (cüdo), Çingiz Mustafayev (qılıncoynatma), Ziyad Xəlfəyev (atletika), Kamil Quliyev (bədii gimnastika), Lis Przemyastav və Sergey Sesterkin (hər ikisi idman gimnastikası) məşqçilərdir.

Taekvondo: Ayxan Tağızadə, Əli Məmmədov, Məhəmməd Məmmədov, Həşim Məhəmmədov, Fəridə Əzizova;

Bədii gimnastika: Zöhrə Ağamirova;

İdman gimnastikası: Marina Nekrasova, İvan Tixonov

Cüdo: İbrahim Əliyev, Murad Fətiyev, Hidayət Heydərov, Rüstəm Kotsoyev, Günel Həsənli;

Qılıncoynatma: Xalid Əliyev, Fərrux Səfərov, Cavanşir Ağakişiyev;

Atletika: Nazim Babayev, Zəkiyyə Həsənova.

Yarışın Təşkilat Komitəsi nümayəndə heyətlərinin yaşayış yeri ilə bağlı məsələni orijinal formada həll ediblər. Azərbaycanın nümayəndə heyətinin bir qismi də daxil olmaqla, iştirakçıların, təxminən, yarısı Atletlər kəndindəki 2 böyük səyahət gəmisində qalırlar. Neapol körfəzində lövbər salan gəmilərin kabinlərində, ümumilikdə, 2936 nəfər yaşayacaq. Qalan idmançılar isə Neapol, Salerno və Kazerta şəhərlərindəki otellərdə yerləşdiriləcəklər.

Qeyd edək ki, yarışlar zamanı 5000 könüllü, idmançılar və rəsmi şəxslər nəqliyyatdan pulsuz yararlana biləcəklər. Həmçinin 280 avtobus, 300 minik avtomobili, 100 furqon və 100-dən çox taksi ayrılıb.

(report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37497 səs